"Çinar" ləğv olundu – polis əraziyə heç kəsi buraxmayacaq
Ənənəvi olaraq hər il martın 22-də keçirilən “Çinar” bu il baş tutmayacaq. Bu barədə Marneuli meri Zaur Darğallı şəxsi “Facebook” səhifəsində bildirib. Onun yazdığına görə, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə “Çinar”-ın keçirilməsi qadağan edilib.

“Marneuli” radiosu ilə söhbəti zamanı Zaur Darğallı bildirdi ki, ölkədə kütləvi tədbirlər ləğv olunduğuna görə, bu il Candar kəndində keçirilən “Çinar” da ləğv olunub.

“İnsanlar düşünməsinlər ki, dövlət tərəfindən razılıq veriləcək ki, gəlib “Çinar”ı ziyarət etsinlər. Hər kəsə tövsiyə edirəm ki, evlərində qalsınlar. Yas yerləri, toylar, “Çinar” əhalinin təhlükəsizliyi üçün ləğv olunmalıdır”, – Zaur Darğallı dedi.

Darğallı həmçinin yaşlı xalqa müraciət edərək bildirdi ki, yas yerlərinə getməklə 60-70 yaşlı insanlar üçün həyatı üçün təhlükəni artırmış olurlar. Buna görə də o, xüsusi olaraq yas və toy mərasimlərində iştirak etməməyi tövsiyə etdi.

Merin sözlərinə görə, 22 mart tarixində sakinlərin “Çinar”-a getməməsi üçün ərazidə polislər səfərbər olacaq.





Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google