“Vahid Milli Hərəkat” partiyasının majoritar namizədi partiyanı tərk edib
“Vahid Milli Hərəkat” partiyasının Kürtlər və Qullar ərazi vahidliklərindən majoritar namizədi Qəşəm Qarayev partiyanı tərk edib.

Bu barədə məlumatı “Marneuli” radiosuna Qarayev təsdiq edib.

O, 20 sentyabr tarixində Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək namizədlikdən imtina etdiyini bildirdi.

Qəşəm Qarayev daha əvvəl öz istəyi ilə namizədliyini irəli sürdüyünü və öz istəyi ilə də ayrıldığını vurğuladı. O, şəxsi işlərinə görə bu qərarı verməli olduğunu deyir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google