Kamran Əfəndiyev “Gənc İşçilər” mükafatına namizəddir
“Yeni Düşüncə İnstitutu”nun təsisçilərindən Kamran Əfəndiyev “Gənclər Agentliyi”nin “Gənc İşçilər” mükafatına namizəddir. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Əfəndiyev təsdiq etdi.

Onun sözlərinə görə, mükafatla bağlı məlumatı “Gənclər Agentliyi”nin səhifəsindəki paylaşımda görüb və öz istəyi ilə namizədliyini irəli sürüb.

“Artıq 6 ildir ki, bizim komanda təhsil, mədəniyyət və sosial sahədə 40-dan çox layihə həyata keçirib. Bununla yanaşı bir çox yerli və mərkəzi qurumlarla əməkdaşlıq edirik. Sadəcə icmanın gənclərinə deyil, bütün yaş kateqoriyalarına da xidmət göstəririk amma təbii ki, ən çox gənclərin inkişafı, təhsili və sosiallaşması lahiyələrinə böyük yer veririk. Hesab edirəm ki, bizim komandanın uğurundan və xidmətlərindən irəli gələrək, biz bu mükafata layiqiq. Qalib olmaq üçün iş görmürük. İcmamıza xidmət edirik. Bunun insanlar tərəfindən dəyərləndirilməsi isə bizə böyük motivasiya və dəyər qazandırır.”

Kamran Əfəndiyev bildirdi ki, bu gün 26 noyabr tarixində saat 20:00-da “Gənc İşçilərin” Milli Forumunda Kvemo Kartli üzrə qalib məlum olacaq.

Məlumat üçün qeyd edək ki, “NTİ”-ın təsisçilərindən Kamran Əfəndiyev bu günə qədər bir çox təşkilatlarla xidmət göstərərək 40-a yaxın layihələr həyata keçiriblər.

Qeyd edək ki, Forumun məqsədi gənclərin işinə qoşulmuş gənc işçiləri, təşəbbüs qruplarını, assosiasiya və institutları müəyyən etmək və onlarla birlikdə Gürcüstanda gənclərlə işləməyin əhəmiyyətini, aparılan prosesləri müzakirə etməkdir

Print ელ. ფოსტა
FaceBook Twitter Google