Hakim partiyaya ən çox etnik azlıqların məntəqələrində müsbət münasibət bəsləyirlər – NDİ
Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan tərəfindən bu gün yayımlanmış araşdırmaya görə, hakim partiyaya ən çox müsbət münasibət bəsləyən etnik azlıqlardır.

“Hakim partiya “Gürcü Arzusu” xalqın və ölkənin maraqlarından irəli gələrək hərəkət edirmi” sualına azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 46% razılaşıb, 41% razılaşmayıb və 12% bilmir.

“Hakim partiya kimi seçilmiş müxalifət partiyaları azlıqların məntəqəsində müqayisədə yüksək etibara sahibdir”- araşdırmada qeyd olunub.



“Parlamentdə və yerli özünüidarədə seçilmiş müxalifət partiyaları xalq və ölkənin maraqlarından irəli gələrək hərəkət edirlər” buna etnik azlıqların məntəqəsində 42% müsbət cavab verib, 38% mənfi cavablandırıb və 20% cavab verməyib.

Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan tərəfindən bu gün yayımlanmış araşdırmaya əsasən, Avropa İttifaqına üzvlüyü dəstəkləməkdə bir az zəifləmə olmasına baxmayaraq, Gürcüstan əhalisi yenidən Avropa və Avro Atlantika kursuna sadiqdir. 75 faiz ölkənin Avropa İttifaqına üzv olmasını dəstəkləyir.

Üzv olmağa mane olan ən böyük faktor olaraq isə Gürcüstan hökuməti tərəfindən siyasi istəyin az olmasını (25 faiz) qeyd edir. Bu kimi tendensiya NATO-ya dəstək halında da təkrar olunur: NATO-ya üzv olmağı 69% dəstəkləyir; Əksəriyyət əsas maneçilik törədən faktor olaraq Rusiya və işğal ərazilərini qeyd edir. Belə ki, əhalinin rekord göstəricisi (62 faiz) deyir ki, Gürcüstan demokratik və qonşular üçün nümunə olacaq (56 faiz) ölkə deyil.

Yeni araşdırma Gürcüstanın Avropa İttifaqına namizədlik statusuna da toxunub. Qeyd olunan hesabat 14 iyuldan – 15 avqusta qədər ölkə miqyasında aparılmış, Gürcüstan əhalisi arasında canlı aparılmış soğrunun nəticələrinə əsaslanır (işğal edilmiş əraziləri çıxmaqla). Avqustda aparılmış soğru ümumilikdə 2,104 müsahibəni əhatə edir. Araşdırmada orta səhv etmək ehtimalı +/- 2 faizdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google