Etnik azlıqların yaşadığı məntəqələri ən çox su, yollar və zibil problemi narahat edir – araşdırma
Sizin şəhərinizi/kəndinizi, abadlıq/infrastruktur ilə bağlı narahat edən üç ən mühüm məsələ hansıdır? – araşdırma zamanı etnik azlıqların yaşadığı məntəqələrdə bu sual verilib.




Etnik azlıqların yaşadığı məntəqələrdə cavablar belə bölünüb:
  • Su təminatı- 40%
  • Yollar- 27%
  • Zibilin toplanması – 24%
  • Uşaq bağçalarının əlçatanlığı – 17%
  • Məktəblərin abadlığı – 12%
  • Təmiz küçələr – 11%
  • Kanalizasiya – 11%
  • Ətraf mühitin çirklənməsi – 8%
  • Oyun meydançaları – 7%
  • İctimai nəqliyyat – 7%

Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan tərəfindən bu gün, 16 sentyabr tarixində araşdırmanın nəticələri paylaşılıb.

Qeyd olunan hesabat 14 iyuldan – 15 avqusta qədər ölkə miqyasında aparılmış, Gürcüstan əhalisi arasında canlı aparılmış sorğunun nəticələrinə əsaslanır (işğal edilmiş əraziləri çıxmaqla). Avqustda aparılmış soğru ümumilikdə 2,104 müsahibəni əhatə edir. Araşdırmada orta səhv etmək ehtimalı +/- 2 faizdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google