Marneulidə maşınların hərəkəti məhdudlaşdırılıb
Marneulidə, bu gün, 3 oktyabr tarixində gün ərzində hərəkət məhdudlaşdırılıb. Rustaveli küçəsində meydan ərazisindən bazara qədər maşın tıxacı yaranıb. Taksilər, özəl maşınlar, ictimai nəqliyyat.

26 may küçəsində, Marneulinin çıxışında, asfalt qatının tökülməsi işləri aparılır və buna görə, nəqliyyatın hərəkətinə mane olur. Yolun bir hissəsi bağlıdır. Yük maşınları, minik maşınları bir xətdə hərəkət etməli olurlar. Polis binasının ərazisindən Marneulinin çıxışına qədər bir neçə gündür ki, asfalt qatının bir hissəsi götürülüb. Bu gün isə yolun bir hissəsinin düzəldilməsinə başlanılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google