Niyə Marneuli bazarında ticarət etməlisiniz?
Yol sizi ucuz və keyfiyyətli məhsullar almaq üçün Marneuliyə qədər gətirəcək.


Ən məşhur Marneuli bazarı sizə böyük seçim təklif edir. Paytaxtla müqayisədə tərəvəz və məişət məhsullarını kifayət qədər ucuz qiymətə ala biləcəksiniz.




Bəli, yol puluna da qarşılayacaqsınız. Marneuli bazarında əsasən yerli istehsal olan tərəvəz satılır. Ərazi yayda səhər saat 04:00-da müştəriləri qəbul edir. Buraya tez-tez Gürcüstanın müxtəlif regionlarından ticarətçilər gəlir.




Marneulinin aqrar bazarında yüzlərlə daxıl var. Əsasən yerli məhsullar satılır.



13 oktyabr aolan qiymətləri sizə təqdim edirik:
• 1 kiloqram toyuq – 14 lari
• 1 kiloqram xiyar – 0,80 lari
• 1 kiloqram pomidor – 1,80-2,50 lari
• 1 kiloqram badimcan – 1,50-2 lari
• 1 kiloqram lobya – 1,50 lari
  • • 1 kiloqram yaşıl bibər – 1,50 lari
    • 1 kiloqram sarımsaq – 5 lari
    • 1 kiloqram qovun – 3 lari
    • 1 kiloqram qarpız – 0,80 lari

  • • 1 kiloqram limon – 5-6 lari
  • • 1 ədəd ananas – 10-15 lari
    • 1 kiloqram badam – 15 lari

  • • 1 kiloqram şabalıd – 10 lari
    • 1 kiloqram fındıq – 7 lari
    • 1 kiloqram qoz (qabıqlı) – 7-15 lari
    • 1 kiloqram əncir – 5 lari
    • 1 kiloqram mandarin – 5 lari
    • 1 kiloqram banan – 4 lari
    • 1 vedrə moruq – 7 lari
    • 1 kiloqram çiyələk – 8 lari



Məhsullardan başqaMarneulidə məişət əşyalarına da böyük seçim var. Məsələn, otaqda geyinmək üçün çustlar 10 laridən başlayır və 20 lariyə qədər dəyişir.


Qab-qaçaq seçimi də rəngarəngdir. 6 ədəd çay stəkanının qiyməti 5 laridən başlayır və 15 lariyə qədər dəyişir.


Çaydanın qiyməti 12 laridən başlayır və 50 lariyə qədər dəyişir.


Xəngəl bükən alət bazara yeni gətirilib. Onun qiyməti ölçüsünə görə dəyişir.

Ən kiçik ölçünün qiyməti 13 lari, böyük ölçülü xəngəl bükənin qiyməti isə 20 laridir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google