Bələdiyyənin sosial yardımları nə dərəcədə effektivdir? – regionlarda araşdırma
15 noyabr tarixində Marneuli meriyasında Samtsxe-Cavaxeti və Kvemo Kartlidə olan sosial xidmətlərin baza araşdırması nəticələrinin müzakirəsi keçirilib.

Araşdırmanı Qafqaz Ekoloji QHT-ləri Şəbəkəsinin (CENN) sifarişi ilə “Sosial Araşdırmalar və Analiz İnstitutu” həyata keçirib. Təqdimat həmin institutun rəhbəri İaqo Kaçkaçişvili tərəfindən həyata keçirildi. O, bildirdi ki, araşdırma Kvemo Kartlidə ümumilikdə 6 bələdiyyədə aparılıb və onlardan biri məhz Marneulidir.
Onun sözlərinə görə, əsas problem bələdiyyələr səviyyəsində birdəfəlik sosial xidmətlərdir. Eləcə də özünüidarələrin sosial yardımın effektini artırmaq imkanının olmamasıdır.

“Əsas nailiyyət budur ki, sosial, səhiyyə xidmətlərinin təmini ilə müqayisədə infrastruktur baxımından vəziyyət kifayət qədər yaxşıdır. İnfrastruktur baxımından ən böyük problem suvarma sistemidir. Ancaq qaz, su və elektrik enerjisi təminatı baxımından vəziyyət yaxşıdır. Sosial və səhiyyə xidmətləri ilə bağlı araşdırma göstərib ki, sosial yardım və xidmətlər baxımından birdəfələik xidmətlərə diqqət yönəldilməyib. Aydındır ki, birdəfəlik yardımlar mühümdür və şəxs onu alan zaman onun lokal problemi həll olunur. Amma davamlı sosial yardım dəfələrlə və sistematik xidməti nəzərdə tutur. Bələdiyyələrin xidmətləri öz konkret ehtiyaclarına uyğunlaşdırmaq imkanı yoxdur. Çünki bələdiyyə xidmətləri daha çox mərkəzi xidmətlərin təkrarlanmasıdır. Bələdiyyələrin büdcədə sosial yardımların effektini nəzərə almaması da mənə problem olaraq görünür. Onlar sosial xidmət, yardım verəcəklər, amma bunun əhaliyə hansı təsiri olacağını heç kim bilmir, bu faktı nəzərə almaq isə mütləqdir”
, – İaqo Kaçkaçişvili bildirdi.

Araşdırmanın müzakirəsində yerli özünüidarə əməkdaşları və ictimai sektor nümayəndələri iştirak edirdilər. Müzakirə ilə yanaşı, layihə çərçivəsində formalaşdırılmış “Tərəfdaşlar qrupunun” üzvləri bir-biri ilə tanış olublar.

“Tərəfdaşlar qrupu” 12 üzvdən ibarətdir, həmin üzvlərin 6 nəfəri özünüidarə, 6 nəfəri isə ictimai sektor nümayəndəsidir. Qrup 4 il ərzində bələdiyyədə olan sosial xidmətlərin yaxşılaşdırılması və vacib xidmətlərin tətbiqi üzərində işləyəcək.

Görüş “Mülki ictimaiyyətin inkişafı” layihəsi çərçivəsində keçirilib. Layihə Kvemo Kartli və Samtsxe-Cavaxetidə, CENN tərəfindən, Avropa İttifaqının maddi dəstəyi ilə həyata keçirilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google