Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatlarının alınması
üçün tender elan edib.
Marneuli meriyası tenderə görə, mexaniki karandaşlar, ehtiyat
karandaş, diyircəkli qələmlər, pozan, karandaş itiləyən qədləyən,
dəftərxana ləvazimatları, təqvimlər, stepler və stepler simləri,
kağız sancaqları, knopkalar, dəftərxana qısqacları, maqnitli lövhə
silgiləri, markerlər, korreksiya ağardıcıları, mürəkkəb, özü
qatlanan kağızlar, masa rəfləri və orqanayzerlər, antisteplerlər,
dəlgeclər (kağız deşən), sənədlərin yığılması üçün qovluqlar,
dəftərxana bıçaqları, zərflər, flipçart kağızları və lövhələrin 25
227 lariyə alınmasını planlaşdırır.
Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatları almaq üçün
tenderi 25 noyabrda elan edib. Tenderdə iştirak etmək istəyən
şirkətlər 3 dekabrdan 5 dekabra qədər öz təkliflərini təqdim edə
bilərlər.
Tender sənədlərinə görə, qalib gələn şirkət müqavilə bağlandıqdan
etibarən 10 gün ərzində dəftərxana ləvazimatlarını təhvil
verməlidir.