“Gürcüstan Süd Federasiyası” etiketsiz və istehsalı şübhəli olan
süd məhsullarının satışına nəzarətin ciddiləşdirilməsini tələb
edir.
Federasiyanın məlumatına görə, Gürcüstanda süd müəssisələri ciddi
problem qarşısındadırlar. Çünki əksər hallarda aqrar bazarlarda,
kiçik ölçülü ərzaq, meyvə-tərəvəz mağazalarında etiketsiz süd
məhsullarının satışı həyata keçirilir.
“Gürcüstan süd bazarında yenidən qeydiyyatdan keçməmiş süd
müəssisələrinin etiketsiz məhsulları yer alıb. Belə müəssisələrdə
südün keyfiyyətinə nəzarət olunmur. Müvafiq olaraq, aqrar bazarda
və ya öz məhəlləsinin kiçik mağazasına gedən müştəri “həqiqi
pendir” almağa gedir. O, asan şəkildə aldana bilər. Təəssüf ki,
Milli Qida Agentliyi qeydiyyatdan keçməmiş müəssisələrə nəzarət edə
bilmir, ancaq o etiketsiz süd məhsullarının qeydiyyatdan keçmiş
satıcısını cərimələyə bilər”, – Federasiyadan
bildiriblər.
Etiketsiz süd məhsulları Marneuli bələdiyyəsində də satılır.
Marneuli bazar ərazisində hər gün küçə ticarətçiləri dayanırlar və
kustar qaydada düzəldilmiş piştaxtalarda satış həyata keçirirlər.
Küçə ticarətçilərinin süd məhsullarının keyfiyyətini təsdiq edən
etiket yoxdur.
“Gürcüstan Süd Federasiyası” 30-a yaxın çiy süd istehsalı
müəssisəsini özündə birləşdirir. Onların məhsuluna “Gürcüstan südü
işarəsi” vurulub. “Gürcüstan südü əmtəə nişanı” 2019-cu ildə,
federasiyanın təşəbbüsü ilə yaradılıb və yalnız çiy süddən
hazırlanıb. Qeyd olunan müəssisələr Gürcüstanın müxtəlif
regionlarından, təxminən 27 min fermerdən südü gündəlik şəraitdə
alırlar, onlar arasında Marneulili fermerlər də var.
Federasiyadan verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi və
Milli Qida Agentliyi etiketsiz süd məhsullarına nəzarəti
gücləndirməsə, etiketsiz pendir və süd məhsullarının satışı ilə
məşğul olan hər kəsi cərimələməsə, təhlükə süd emalı müəssisələrini
də əhatə edəcək. Federasiyada birləşmiş və əlavə 27 000 fermer –
onların əksəriyyəti üçün süd satışı yeganə gəlir mənbəyidir.