Kirovka kənd məktəbi söküləcək - Resurs Mərkəz
Marneuli bələdiyyəsinin Kirovka kənd ictimai məktəbi söküləcək.

Bir neçə aydır təhsil müəssisəsi binanın qəzalı vəziyyətdə olmasıına görə, təhsil prosesini dayandırıb və tədris prosesi qonşu kənddə, Dəmyə-Görarxıda davam etdirilir.

Yerli Resurs Mərkəzin nümayəndəsi Əli Qəhrəmanov "Marneuli" radiosuna bildirib ki, bələdiyyə miqyasında 7 qəzalı vəziyyətdə olan məktəb var. Onlar təmir oluna bilməz və yenisinin tikilməsinə ehtiyac var.

Qeyd edək ki, Kirovka kənd məktəbinin sıradna çıxmış divarları, yarı uçmuş vəziyyətdə olan döşəməsi fonunda hələ 2017-ci ildən məktəbin bərpası barədə söhbət aparılırdı. Ancaq problem bu gün də həll olunmayıb.

Məktəbin bərpasının nə zaman baş tutacağı və ya tikintiyə neçə lari ayrılacağı barədə hələ məlumatımız yoxdur. Resurs Mərkəzim rəhbər səlahiyyətlərini icra edən şəxsin sözlərinə görə, indiki mərhələdə yerli səviyyədə sökülmə haqqında işlər aparılır.





Print ელ. ფოსტა
FaceBook Twitter Google