Qazın təzyiqi aşağı olarsa, vətəndaş fərdi olaraq bizimlə əlaqə saxlamalıdır - Socar
Qışın gəlişi ilə birlikdə evlərdə qazın istehlakı artıb. Ailələrin əksəriyyəti qış dövründə evlərini məhz təbii qazla isidir və buna görə də bəzi hallarda qazın təzyiqi azalır.

“Artıq bir neçə gündür qaz çox az yanır. Su da qızdıra bilmirik, istilik sistemini heç demirəm”, – Marneuli sakini, təqaüdçü bildirir. O, təbii qazın təzyiqinin artırılmasını tələb edir.

“Socar Georgia Gas”-ın qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki, qışın gəlişi ilə birlikdə artıq təbii qazın ötürülmə təzyiqi tənzimlənib. Qaynar xətdən onu da qeyd etdilər ki, əgər vətəndaşa qaz aşağı təzyiqlə verilirsə, o, ərizə ilə “Socar Georgia Gas”-a müraciət etməlidir. Bundan sonra xüsusi qrup gedəcək və yerində qazın təzyiqini yoxlayacaq, problemi aradan qaldıracaq.

“Socar Georgia Gas”-la əlaqə saxlamaq üçün qaynar xətt nömrəsi 16 114 ilə əlaqə saxlaya və ya qeyd olunan elektron poçt ünvanına yaza bilərsiniz: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it


Print ელ. ფოსტა
FaceBook Twitter Google