Candarda küçə işıqları quraşdırılacaq
Marneulidə, Candar kəndində küçə işıqları quraşdırılacaq. Yerli özünüidarə görüləcək işlərlə bağlı tenderi artıq elan edib. Meriya küçə işıqlarının quraşdırılması üçün 2022-ci ilin büdcəsindən 5 234 lari xərcləməyi planlaşdırır.

“Yerinə yetirilmiş işlərin keyfiyyətinin zəmanət müddəti qeyd olunan obyektdə yekun təhvil-təslim aktının bağlanmasından 3 (üç) il təşkil edir. Lampaların zəmanəti 2023-cü ilin 01 iyuluna qədər olmalıdır. Əgər lampalar
sıradan çıxarsa, işi yerinə yetirən sifariş verənin tələbindən, ona verilmiş məntiqi vaxt ərzində, öz xərcləri ilə lampaların yenisi ilə əvəz olunması təmin etməlidir. Zəmanət vaxtı ərzində, istismar prosesində hər hansı çatışmazlıq qeydə alınan halda işi yerinə yetirən sifarişçinin müəyyən etdiyi məntiqi vaxt ərzində çatışmazlığın aradan qaldırımasını öz xərci ilə həyata keçirməlidir”,
– tender sənədlərində qeyd olunub.

Marneuli meriyası Candar məntəqəsində küçə işıqlarının quraşdırılması ilə bağlı 9 dekabrda tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 17-20 dekabr tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 30 gün ərzində işləri yerinə yetirməli olacaq.


Print ელ. ფოსტა
თეგები: Candar İşıq Tender
FaceBook Twitter Google