Marneulinin 8 kəndində suvarma kanallarının qurulması üçün 99 925 lari xərclənəcək
Marneuli meriyası 2022-ci ilin kəndə dəstək proqramı çərçivəsində bələdiyyənin 8 kəndində suvarma kanallarının tikintisini planlaşdırır. Marneuli meriyası kəndlərdə suvarma kanallarının tikintisi üçün 3 sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli meriyası və fərdi sahibkar Həsrət Musayev arasında bağlanmış müqaviləyə görə, kəndə dəstək proqramı çərçivəsində Marneuli bələdiyyəsinin Saimerlo kəndində suvarma kanalının tikintisi, Verxviani və Canxoş kəndlərində isə içməli su sisteminin tikinti işləri
həyata keçiriləcək. Marneuli meriyası qeyd olunan işlərə 38 936 lari 46 tetri ödəyəcək.

Kəndlərə əsasən pul belə bölünüb:
  • Saimerlo kəndi - 19477 lari 80 tetri
  • Verxviani kəndi – 9737 lari 96 tetri
  • Canxoş kəndi - 9720 lari 70 tetri
Marneuli meriyası qalan iki sadələşdirilmiş müqaviləni BNB MMC ilə bağlayıb. Marneuli meriyası Hacisakənddə suvarma suyu sistemi və Sabirkənddə suvarma kanalının tikinti işləri üçün 24 253 lari 40 tetri xərcləyəcək. Buradan 13 232 lari Hacisakənd, 11 021 lari isə Sabirkənd üçün nəzərəd tutulub. Həmin şirkətlə bağlanmış ikinci sadələşdirilmiş müqaviləyə görə, Metsamula, Xixani və Kiçik Bəylər kəndlərində suvarma kanalının tikintisi üçün 36 735 lari xərclənəcək.

Kəndlərə əsasən pul belə bölünüb:
  • Metsamula kəndi – 9 719 lari 55 tetri
  • Xixani kəndi – 15 317 lari 10 tetri
  • Kiçik Bəylər kəndi - 11 698 lari 80 tetri

Print ელ. ფოსტა
FaceBook Twitter Google