Qızılhacılıda fərdi şəxsə “Ayinlər Evi” tikmək üçün torpaq sahəsi veriblər
Marneuli Bələdiyyə Məclisi Qızılhacılı kəndində torpaq sahəsinin fərdi şəxsə birbaşa istifadə qaydasında, tikinti hüququ ilə iki il müddətinə verilməsini dəstəkləyib.

Bələdiyyə Məclisinin bu gün, 16 dekabr tarixində keçirilmiş iclasında məsələni müzakirəyə çıxaran Qivi Qiorqadze bildirdi ki, Qızılhacılıda torpaq sahəsininin Nəriman Axundova verilməsini istəyir.

Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze də torpaq sahəsinin fərdi şəxsə verilməsi ilə bağlı şərh verib.

“Qeyd olunan torpaq sahəsi bu məqsədlə verilir ki, həmin şəxs kənd üçün “Ayinlər Evi” tikəcək. Sonra isə bələdiyyəyə bu sahəni geri qaytaracaq”,
– Mamuka Şubitidze bildirib.

Bələdiyyə Məclisinin qərarına görə, Qızılhacılı kəndində torpaq sahəsini birbaşa istifadə etmək hüququ ilə Nəriman Axundova verilib.

Bələdiyyə Məclisinin bu gün baş tutan iclasında deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google