Marneulidə yeni il proqramı
Marneulidə 30 dekabr tarixində yeni il konserti keçiriləcək. Yerli özünüidarə tədbiri sadələşdirilmiş müqavilə əsasında keçirəcək ki, bunun üçün də 136 421,33 lari nəzərdə tutulub.

Tədbirin təşkil edilməsi öhdəliyini “City Event Georgia” üzərinə götürüb. Konsertdə küçə musiqiçiləri, Rezo və Uşaqlar oxuyacaqlar. Meriya onlara 14 500 lari ödəyəcək.

Yeni il tədbirlərində eləcə də nəzərə alınacaq:

• Yeni il evlərinin süni işıqlarla, oyuncaqlarla bəzədilməsi – 1200 lari
• Hədiyyə torbası/şirniyyat – 15 000 lari
• Şaxta baba, qar qızları, sabun köpükləri ilə şou, animatorlar, Şelkunçik (Fındıqqıran, Qozqıran), şirin qız – 6500 lari
• 10 nəfərlik tərkiblə barabançılar şousu – 4500 lari
• Qlintveyn isti şokolad – 4500
• Şokolad krepləri, yeni il peçenyesi- 4325
• Atəşfəşanlıq – 4000 lari
• Uşaqlar üçün əyləncə məkanının qurulması – 500 lari
• Səhnə üçün dekorasiya, səhnənin qarşısı üçün yeni il bəzəkləri və işıqlarla bəzədilmiş yolkalar – 500 lari və s.


Qeyd edək ki, Marneuli meriyası yeni il hazırlıqlarına 404 321 lari xərcləyəcək.

Yerli özünüidarə yeni il yolkasını 70 800 lariyə alıb. Küçələrin çilçıraqla bəzədilməsi isə 197 100 lariyə başa gələcək.

Print ელ. ფოსტა
თეგები: Konsert Meriya Yeni il
FaceBook Twitter Google