2023-cü ildə Regional Fond Marneulidə 4 layihə həyata keçirəcək
Marneuli Bələdiyyə Məclisi 2023-cü il ərzində dövlət büdcəsi ilə Marneulidə həyata keçiriləcək layihələri təsdiq edib.

Məsələni müzakirəyə çıxaran Adil Əliyev Bələdiyyə Məclisinin iclasında bildirib ki, Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan Bələdiyyə Məclisində təsdiqlənməsi üçün layihələr siyahısı 9 dekabrda gəlib.

“Bizdən xahiş edirlər ki, Gürcüstan dövlət büdcəsi ilə qeyd olunan layihələrin həyata keçirilməsi üçün Marneuli Bələdiyyə Məclisindən təsdiq istəyirlər. Layihələr bunlardır: Marneuli şəhəri Ağmaşenebeli küçəsinin bərpası, Çanaxçı kəndinin su sisteminin qurulması, Baydar kəndində və Mollaoğlu kəndində daxili yollara asfalt qatının çəkilməsi. Xahiş edirəm, bu layihələri bəyənək ki, Regional Fonddan bu layihələr maliyyələşdirilsin”,
– Adil Əliyev bildirdi.

Marneuli Bələdiyyə Məclisi iclası 16 dekabr tarixində baş tutub. Deputatlar iclasda müzakirə olunan bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google