Meriya Marneuli kəndlərində parkların tikilməsi üçün 88 738 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb

Marneuli yerli özünüidarəsi 4 kənddə parkların salınması və 1 kənddə parkın hasarlanması işləri üçün fərdi sahibkar Həsrət Musayevlə üç sadələşdirilmiş müqavilə bağlayıb.



Marneuli meriyasının Həsrət Musayevlə bağladığı müqavilələrin ümumi dəyəri 88 738 lari 41 tetridir.

Birinci müqaviləyə əsasən 19 340 lari 79 tetri Şulaveri kəndində parkın salınmasına xərclənəcək. Meriya ikinci sadələşdirilmiş müqaviləni Sioni və Tserakvi kəndlərində parkların salınması üçün bağlayıb. Bunun üçün hər bir kənddə 19 230 lari 10 tetri olmaqla ümumilikdə 38460 lari 20 tetri xərclənəcək.

Meriya üçüncü sadələşdirilmiş müqavilə ilə 30 937 lari 42 tetriyə Daştəpə və Maradisi
kəndlərində park salınmasını planlaşdırır. Buradan 19 340 lari 79 tetri Daştəpə, 11 596 lari 63 tetri isə Maradisi kəndinə ayrılıb.

Meriyanın beş layihənin alınması üçün Həsrət Musayevlə müqavilə bağladığı üç sadələşdirilmiş müqavilə kəndə dəstək proqramı çərçivəsində bağlanıb.

 

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google