Marneuli ərazisində soyuq hava davam edəcək
Bu gün, 10 yanvar tarixində Marneuli ərazisində soyuq havanın davam edəcəyi gözlənilir. Gündüz saatlarında rayonda qar yağacaq. Gün ərzində mülayim şimal-şərq, şimal küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə saatlarında da bələdiyyədə qar yağacığı gözlənilir.

Gündüz +1 dərəcə isti olacaq, gecə isə -3 dərəcə şaxta qeydə alınacaq.

11 yanvar tarixində bələdiyyədə gündüz və gecə saatlarında qar yağacağı
gözlənilir. Havanın temperaturu gündüz 0 dərəcəni göstərəcək, gecə isə -3 dərəcə şaxta olacaq.

12 yanvar tarixində də Marneulidə soyuq havanın davam edəcəyi gözlənilir. Gündüz və gecə saatlarında bələdiyyədə qar yağacaq. Gündüz temperatur 0 dərəcəni göstərəcək, gecə isə -3 dərəcə şaxta müşahidə ediləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google