Gürcüstan qlobal sülh indeksinə görə 163 ölkə arasında 95-ci yerdədir
Gürcüstan sülh indeksinə görə 2022-ci ildə 163 ölkə arasında 95-ci yerdədir. Qlobal sülh indeksini Avstraliya təşkilatı İqtisadiyyat və Sülh İnstitutu hər il yayımlayır.

“İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanmış qlobal sülh indeksi dünyada qlobal sülhün aparıcı ölçüsüdür. Bu hesabat hərtərəfli göstəricilərə əsaslanan analizi, onun iqtisadi dəyər və dinc ictimaiyyətin inkişafı haqqında
sülh tendensiyalarını əks etdirir. Qlobal sülh indeksi dünya əhalisinin 99,7% əhatə edir və 23 keyfiyyət və kəmiyyət indikatorundan istifadə etməklə hesablanır, üç əlamətlə sülh vəziyyətini ölçür”,
– təşkilatın məlumatında qeyd olunub.

Təşkilat qlobal sülh indeksini sosial təhlükəsizlik və müdafiə, daxili və xarici münaqişələr, militarizasiya keyfiyyətinə əsasən hesablayır.

Qlobal sülh indeksinə Gürcüstanın qonşu dövlətləri də daxil edilib:

  • Ermənistan – 83-cü yer
  • Azərbaycan – 128-ci yer
  • Türkiyə 145-ci yer
  • Rusiya – 160-cı yer

2022-ci ildə qlobal sülh indeksinə görə İslandiya birinci yerə çıxmışdı. İslandiyadan sonra Yeni Zelandiya və İrlandiya gəlir.

Qeyd edək ki, 2021-ci ildə Gürcüstan qlobal sülh indeksinə görə 163 ölkə arasında 85-ci yerdə idi.



Print ელ. ფოსტა
FaceBook Twitter Google