Sabirkəndin yeni inşa olunmuş məktəbində təhsil prosesi 16 yanvardan başlaya bilər
Marneuli bələdiyyəsi, Sabirkənd ictimai məktəbinin şagirdləri ikinci rübdən təhsillərini güman ki, yeni inşa olunmuş məktəbdə davam etdirəcəklər.

450 nəfər şagird üçün nəzərdə tutulmuş təhsil müəssisinin tikintisi bir neçə həftə əvvəl başa çatıb.

Həmin məktəbin direktoru Səbinə Məmmədovanın sözlərinə görə, məktəb müvafiq inventarla tam təmin edilib. Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, Sabirkənd məktəbində həyata keçiriləcək kiçik işlər qalıb və təhsil prosesinin 16 yanvar tarixindən başlamasını istisna etmirlər.

Dörd il ərzində şagirdlər və müəllimlər əvvəlcə Algeti məktəbində, sonra isə Marneuli şəhər 4 saylı ictimai məktəbində təhsil alırdılar.

Yerli özünüidarənin məlumatına görə, Gürcüstan hökuməti Sabirkənd məktəbinin tikintisi üçün 6,5 milyon lari xərcləyib.

Bələdiyyələrin İnkişafı Fondu Marneuli bələdiyyəsində ümumilikdə 8 məktəbin tikintisini və 2 məktəbin bərpasını həyata keçirib.

Layihə çərçivəsində sinif otaqları, ayaqyolu, idman meydançaları və həyət ərazisi qurulub. Eləcə də istilik, su və kanalizasiya sistemləri çəkilib. Bina fiziki imkanları məhdud şəxslər üçün tam adaptasiya olunub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google