Marneuli meriyası müxtəlif ehtiyaclar üçün sərnişinlərin daşınması məqsədilə nəqliyyat vasitəsi icarəyə götürəcək
Marneuli meriyası sərnişinlərin daşınması məqsədi ilə nəqliyyat vasitələrinin icarəyə götürülməsi (sürücü ilə birlikdə) xidməti ilə bağlı 42 372 lari dəyərində tender elan edib.

Yerli özünüidarə pulu 2023-cü ilin büdcəsindən ayırıb. Bələdiyyədən “Marneuli” radiosuna bildirdilər ki, tenderlə əldə edilmiş xidmətdən il ərzində ehtiyaca uyğun olaraq istifadə edəcəklər, həmçinin, bu ekskursiya marşrutlarını da əhatə edə bilər.

Tender sənədlərinə görə, qalib şirkət sərnişinlərin mərhələli şəkildə, Marneuli şəhərindən Gürcüstanın bütün ərazilərinə (tələbə uyğun olaraq, mərhələli şəkildə, ən az 25 680 kilometr çərçivəsində) sərnişin nəqliyyat vasitəsi ilə hərəkət etməsini təmin etməlidir.

Xidmət müqavilə bağlandıqdan (1 yanvardan gec olmayaraq) kilometrajın başa çatmasına qədər, amma ən gec 2023-cü ilin 31 dekabrına kimi göstərilməlidir.

Sifariş verən hər konkret sifariş barədə (minimum 24 saat əvvəl) Marneuli şəhərində konkret yer, konkret vaxt, konkret marşrut və nəqliyyat vasitələrinin vahid sayı haqqında məlumat verəcək.

“Sifarişi yerinə yetirən eyni zamanda ən az 10 ədəd (nəqliyyat vasitəsini minimum 16-22 sərnişinin əyləşməsi üçün yer) nəqliyyat vasitəsini verməlidir. (Hər bir xüsusi sifariş üçün nəqliyyat vahidinin miqdarı alıcının istəyinə uyğun olaraq müəyyən edilir)”,
– tenderdə yazılıb.

Meriya nəqliyyat vasitələrinin icarəyə götürülməsi xidməti üçün 12 yanvar tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən namizədlər 18-20 yanvar tarixlərində təkliflərini təqdim edə bilərlər.


Print ელ. ფოსტა
თეგები: Büdcə Marneuli Bələdiyyəsi Tender
FaceBook Twitter Google