12 yanvar tarixində, Gürcüstan Parlamentinin Milli Kitabxanasında
Serqo Paracanov adına yaradıcılıq müsabiqəsi iştirakçılarının əl
işlərinin sərgisi və qaliblərin mükafatandırma mərasimi keçirilib.
Yetkinlik yaşına çatmamış yeniyetmələr arasında üç qalib elan
edilib. Onlar Marneulinin “Gənclərin İnkişaf Evi” təşkilatının
üzvləridirlər. Həmin təşkilatın rəhbəri Aram Akopyan bildirdi ki,
jüri tərəfindən Maretta Eloyan, İlia adına Dövlət Universitetindən
Lamara Danelyan, Gürcü-Erməni Birliyindən isə Ani Pilotyan
seçilib.
“Bizim qızlar artıq ikinci ildir ki, bu müsabiqədə iştirak edirlər
və kifayət qədər yaxşı nəticələrimiz var. Bu müsabiqə bizim üçün,
ölkəmiz üçün olduqca vacibdir. Çünki Paracanov kifayət qədər
tanınmış şəxsdir və qızlar bu uğurla bizim bələdiyyəni təmsil
ediblər”, – Aram Akopyan bildirdi.
Yeniyetmələrə pul mükafatı və kitab vauçeri təqdim olunub. Eləcə də
Yerevanın Serqo Paracanov adına muzeyi tərəfindən xatirə
hədiyyələri verilib.