Marneulidə “Kəndə dəstək proqramı” başlayır
Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır.

Prioritetlərin seçilməsi məqsədi ilə 1 fevraldan 15 fevral tarixinə qədər əhali ilə görüşlər keçiriləcək. Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı üçün 2023-cü ildə 1 232 000 lari ayrılıb.

Pul kəndlərə əhalinin sayına əsasən bölünəcək. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum isə 20 000 lari təşkil edir.
Kəndlərə uyğun olaraq ümumi toplantının və ya məsləhətləşmənin tarixini, vaxtını təqdim edirik.

Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı halda keçirilmiş hesab olunacaq. Nisbətən kiçik kəndlərdə isə ümumi toplantının 20%-nin imzası qeydə alınacaq.

Marneuli meriyasından bildirirlər ki, əgər kəndinizdə görüşə gedə bilmirsinizsə, görüş vaxtına qədər öz təşəbbüsünüzü doldurulmuş xüsusi forma şəklində This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron poçt ünvanına göndərə bilərsiniz.Kənd toplantılarını meriya tərəfindən təşkil edilmiş bir neçə qrup keçirəcək və onların hər birinin müəyyən funksiyası olacaq.

Qrup 32 üzvdən ibarətdir. Həmçinin, onlar arasında yer alanlar:

Roin Dekanoidze, Marneuli bələdiyyə merinin birinci müavini – qrup sədri (Funksiya: Prosesə ümumi rəhbərlik etmək)

Tamar Kiparoidze – qrupun katibi

Mamuka Şubitidze – Meriyanın İnzibati Xidmət rəhbəri (Funksiya: İnzibati vahidliklərdə merin nümayəndələri ilə əməkdaşlıq, onlara məlumat vermək və maddi-texniki dəstək də daxil olmaqla ümumi toplantının/məsləhətlərin keçirilməsinin təşkil edilməsi)

İrine Maçaraşvili – Marneuli meriyasının İnzibati Xidmətinin ikinci dərəcəli struktur vahidi, informasiya və statistika şöbəsinin rəhbəri. (Funksiyası: Vətəndaşların məlumatlandırılması, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ilə qarşılıqlı ünsiyyət, ümumi toplantıların/məsləhətlərin keçirilməsinin təşkil edilmə prosesində iştirak etmək)

Lika Kamuşadze – İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi (Funksiya: bələdiyyənin veb-səhifəsində məlumatın yayımlanması, bələdiyyənin feysbuk səhifəsi, yerli çap və elekton media vasitəsilə əhalinin məlumatlandırılması, meriya nümayəndələrinin məlumat kampaniyası və evlərə getmək üçün dəstəyi)

Levan Qabadze – Maliyyə-Büdcə Xidmətinin Büdcənin Planlaşdırılması və Analiz Şöbəsinin mütəxəssisi. (Funksiya: Prosesin aparılması üçün lazım olan pulun səfərbər edilməsi təklifinin hazırlanması, layihə təkliflərinin bələdiyyə büdcəsindən maliyyələşdirilməsi məsələsinin müzakirəsi);

Rima Otaraşvili – İnzibati Xidmətin Vətəndaşlara Xidmət Göstərmək və İcraat Şöbəsinin əmək müqaviləsi ilə işlə təmin edilmiş şəxs (Funksiya: Layihə təklifinin təqdim edilməsi prosesində xidmət tərəfindən vətəndaşlara məsləhət verilməsi, lazım gələrsə - meriya tərəfindən layihə təkliflərinin hazırlanması, yaşayış məntəqələri üzrə layihə təkliflərinin siyahısının formalaşdırılması, seçilmiş layihə təkliflərinin müzakirəsi, meriya üçün təkliflərin hazırlanması, Bələdiyyə Məclisinə təqdim olunacaq layihələrin yekun siyahılarının layihəsini hazırlamaq)

Davit Çikadze – İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri (Funksiya: bələdiyyənin veb-səhifəsində məlumatın yayımlanması, bələdiyyənin feysbuk səhifəsi, yerli çap və elekton media vasitəsilə əhalinin məlumatlandırılması, meriya nümayəndələrinin məlumat kampaniyası və evlərə getmək üçün dəstəyi);
Rövşən İsgəndərov – Bələdiyyə Məclisinin sədr müavini. (Funksiya: Bələdiyyə Məclisi üzvləri ilə əlaqə, onların məlumatlandırılması və Bələdiyyə Məclisinin majoritar üzvlərinin proqramın həyata keçirilmə prosesinə qoşulması)

Qeyd edək ki, “Kəndə dəstək proqramı” Marneulidə 2019-cu ildən keçirilir. Ötən il 17 inzibati vahidlikdə 78 infrastruktur layihəsi maliyyələşdirilib. Onlardan əksəriyyəti küçə işıqlarının quraşdırılmasını nəzərdə tuturdu.

Sizin kəndinizdə kənd toplantısı nə zaman keçiriləcək – qrafik


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები