Zaur Darğallı Marneulili sakinlərlə görüş keçirib
Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı 17 yanvar tarixində Marneuli sakinləri ilə görüş keçirib.

O, görüş zamanı əhalini narahat edən problemlərlə tanış olub.

Zaur Darğallının sözlərinə görə, o, müzakirə olunan problemlərlə bağlı müəyyən qeydlər aparıb.

"Müxtəlif kəndlərdən gəlmişdilər. Gələnlər bizə mütəmadi olaraq müraciət edirlər, sonra vətəndaşları qeyd edirik, dəvət edirik və onlarla görüş keçiririk. Bugünkü görüşdə müxtəlif məsələlər barədə danışdıq. Həm sosial məsələlər, həm şəxsi məsələlər, bankla bağlı məsələlər var idi. Kənd təsərrüfatı, infrastruktur məsələləri. Demək olar ki, vətəndaşları narahat edən hər mövzunu əhatə edirdi. Əksəriyyət sosial xidmətlə bağlı, suvarma məsələləri ilə bağlı müəyyən suallar verdilər, kömək istədilər. Görüşlərin fəal şəkildə keçirilməsini planlaşdırırıq".

Majoritar deputat yaxın günlərdə əhali ilə fəal şəkildə görüşlər keçirəcəklərini bildirdi. Onun sözlərinə görə, görüşlər həm kəndlərdə, problemlərin baş verdiyi yerlərdə, həm də, deputatın bürosunda baş tutacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google