Marneulidə xəstələrin təminatı üçün 2 000 000 lari ayrılıb
Sağlamlığın müdafiəsi və sosial təminat istiqamətində Marneuli meriyası 3 035 000 lari xərcləyəcək.

2023-cü ilin büdcəsində sağlamlığın müdafiəsi üçün 330 000 lari ayrılıb. Bu dövlət büdcəsindən ayrılmış məqsədli köçürmə çərçivəsində “İctimai səhiyyə haqqında” Gürcüstan qanunu ilə müəyyən edilmiş funksiyaların maliyyələşdirilməsi, proqram çərçivəsində həmçinin, Gürcüstan dövlət büdcəsi fondlarından ayrılmış köçürmə ilə bələdiyyə ərazisində yerləşən səhiyyə obyektlərinin bərpası və tikintisi həyata keçiriləcək. Sosial təminat istiqamətində büdcədən 2705 000 lari ayrılıb. Bu aztəminatlı, həssas qruplara tibbi xidmətin əlçatanlığının artırılmasını nəzərdə tutur.

“Proqram çərçivəsində aztəminatlı və digər həssas təbəqədən olan əhaliyə dərmanlarla, əməliyyat və müalicəni maliyyələşdirməklə yardım ediləcək. Birdəfəlik yardımlar Marneuli Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramının təsdiqlənməsi haqqında” və Bələdiyyə Məclisinin müxtəlif sərəncamları sərəncamı əsasında maliyyələşdiriləcək”
– büdcədə yazılıb.

Qeyd olunan 2 705 000 lari bu qaydada bölünüb.

2000 000 lari xəstələrin təmiantına – bələdiyyədə qeydiyyatdan keçmiş vətəndaşlar üçün tibbi (əməliyyat, dərmanlar və s.) yardım Marneuli Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramının təsdiqlənməsi haqqında” sərəncamı əsasında göstəriləcək.

Ailələrin və uşaqların təminatı üçün 700 000 lari – Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş vətəndaşlar üçün birdəfəlik, eləcə də aylıq maddi yardım, Marneuli Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramın təsdiqlənməsi haqqında” sərəncama əsasında nəzərdə tutulub.

Ritual xidmətlər 5000 lari – İkinci dünya müharibəsi iştirakçısı, Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan, məcburi köçkün şəxslərin – qaçqınlar, sahibsiz dəfn olunların dəfn mərasimi xdimətinin xərclərinin 250 lari dəyərində vəsaitlə ödənilməsi.

Marneulinin 2023-cü il büdcəsi 67 214 900 lari müəyyən edilib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google