Marneulidə fiziki imkanları məhdud şəxslərin işlə təmin edilməsi məqsədi ilə yeni layihə başlayır
Marneulidə fiziki imkanları məhdud şəxslərin işlə təmin edilməsinə dəstək və əmək siyasətinin optimallaşdırılması üçün yeni layihə başlayır. Layihənin məqsədi fiziki imkanları məhdud şəxslərin işlə təmin edilməsinə dəstək siyasətinin milli və regional səviyyədə yaxşılaşdırılması, fiziki imkanları məhdud şəxslərin məsələləri üzərində işləyən insanların peşəkarlığının inkişafıdır. Layihə çərçivəsində Marneuli də daxil olmaqla dörd bələdiyyə sosial müəssisələrin iş prinsipləri ilə bağlı Slovakiya təcrübəsini bölüşəcək.

Layihənin məqsədləri bunlardır:
  • Fiziki imkanları məhdud şəxslərin işlə təmin edilmə siyasətinin yaxşılaşdırılması – yerli biznes nümayəndələri ilə peşəkar müzakirələr.
  • Dəstəklənən işlə təmin etmə məsələləri üzrə peşəkar müzakirə - Fiziki imkanları məhdud şəxslər üçün işlə təmin edilmə şəraiti və iş mühitinin yaradılması haqqında Slovakiyada olan təcrübənin bölüşülməsi.
  • Gürcüstanın regionlarında fiziki imkanları məhdud şəxslər şuralarının mövqeyini möhkəmlətmək, şura üzvlərinin peşə bacarıqlarının gücləndirilməsi və regional səviyyədə sosial siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslərlə fiziki imkanları məhdud şəxslərin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığa dəstək, peşəkar müzakirələrin təşkil edilməsi.
  • Fiziki imkanları məhdud şəxslərin motivasiyasının artırılması, onların ictimaiyyətə inteqrasiyası, bilik və bacarıqların inkişafı, ictimai işlərdə fəal iştirak.
  • İctimai sektor və ictimaiyyətin stimullaşdırılması – fiziki imkanları məhdud şəxslərə daha yaxşı şəraitin yaradılması, mövcud infrastrukturun adaptasiyası.
14 fevral tarixində Marneuli yerli özünüidarəsində “Gürcüstanın əmək bazarında məhdud fiziki imkanlı şəxslərin işlə təmin edilməsi və əmək siyasətinin optimallaşdırılması” layihəsi çərçivəsində məlumatlandırma xarakterli görüş keçirilib.

“Layihənin fəaliyyətində fiziki imkanları məhdud şəxslərlə işləyən QHT, yerli özünüidarə və dövlət müvəkkili administrasiyası, işlə təmin etmə siyasətini həyata keçirən sosial sektor, eləcə də işlə təmin etməyə dəstək göstərən dövlət agentliyi, Xalq Müdafiəçisi Aparatının Regional ofisi və media nümayəndələri iştirak edəcəklər”, – layihənin izahatında qeyd olunub.

Layihə Gürcüstanın dörd bələdiyyəsində həyata keçiriləcək. Layihəyə Şida Kartlidən Qori və Xaşuri bələdiyyələri, Sameqrelo-Zemo Svanetidən Zuqdidi, Kvemo Kartlidən isə Marneuli bələdiyyəsi qoşulacaq.

Layihə “Biliki ittifaqı” və Slovakiya təşkilatı TENENET tərəfindən, Slovakiyanın Beynəlxalq İnkişaf Agentliyi “Slovak Aid”-in maliyyə dəstəyi ilə həyata keçirilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google