Marneuli meriyası Novruz bayramını qeyd etməyə hazırlaşır. Yerli
özünüidarə bayramla əlaqədar tədbirin təşkil edilməsi xidməti üçün
85 485 lari dəyərində tender elan edib. Bu ötən il xərclənmiş
vəsaitdən demək olar ki, 20 000 lari artıqdır.
Tender sənədlərinə görə, 21 mart tarixində, Marneulidə ənənəvi
kulinariya masterklassının keçirilməsi üçün 4 qadın seçilməsi
planlaşdırılır. Həmin qadınlardan biri fətir bişirməlidir.
Masterklassın müddəti ən az 2 saatdır. Həmçinin, xonçanın və
ənənəvi Azərbaycan guşəsinin yaradılması üçün lazım olan məhsullar
alınmalıdır: Düyü – 5 kq; Şəkər – 3 kq; Kişmiş – 3 kq; Yağ-4kq;
Günəbaxan yağı – 2 litr; Boyamaq üçün yumurta – 300 ədəd; Qarışıq
meyvə (alma, armud, nar, üzüm) – 15 kq; Fındıq – 2 kq; Qoz – 1 kq;
Ləpə - 1 kq; Hind xurması – 3 kq; Ərik qurusu – 1 kq; Qara gavalı
qurusu – 1 kq; Paxlava – 30 ədəd; Badambura – 30 ədəd; Şəkərbura-30
ədəd; Qoğal – 30 ədəd; Şokolad çeşidiləri – 3 kq; Un – 15 kq.
Lavaşın bişirlməsi üçün maya – 1 ədəd; Duz 1 ədəd; Yumurta boyamaq
üçün məhsullar (müxtəlif rənglər). Çay (yaşıl-1; qara-2)
ümumilikdə, 3 qutu; Birdəfəlik qablar (boşqab – 300 ədəd; stəkan –
300 ədəd; Çəngəl – 300 ədəd; Böyük qaşıq 300 ədəd); Müxtəlif rəngli
şamlar – 20 ədəd (qabların keyfiyyəti alıcılarla
razılaşdırılmalıdır).
Bundan əlavə, 85 485 lariyə səhnənin qurulması, aparıcıların,
müğənnilərin, aktyorların, musiqili qrupların icarəsi də
daxildir.
Meriyanın elan etdiyi tenderdə 24-27 fevral tarixlərində iştirak
etmək mümkündür.
Novruz bayramı 21 mart tarixində qeyd olunur.
“Novruz” – fars mənşəli sözdür. Onun bir hissəsi – “nov” yeni,
ikinci hissəsi “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi,
bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə xüsusi
diqqət yetirilir. Xüsusilə bu gün üçün üç növ şirniyyat –
şəkərbura, qoğal, paxlava hazırlanır. Eləcə də yumurtalar qırmızı
boyanır, səməninin yanına düzülür.
21 marta qədər – Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Bu etnik azlıqların kimliyinin bir qismidir. “Çərşənbə” həyat üçün
mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.
Qeyd edək ki, Novruzun qeyd edilməsinin qədim qaydalarının
təsvirinə “Pələng dərisi geymiş pəhləvənda” da qarşılaşırıq.