Görarxı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib
13 aprel tarixində, təxminən 11:00 radələrində Marneulinin Görarxı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı "Pajero" markalı avtomobillə "Ford" markalı avtomobil toqquşub. Hadisə şahidinin "Marneuli" radiosuna verdiyi məlumata görə, qəza nəticəsində "Pajero" markalı avtomobilə böyük ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb. "Marneuli" radiosu qəzanın səbəblərini Daxili İşlər Nazirliyindən araşdırır. Məlumat yenilənəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google