Marneuli meriyası iftar süfrəsini 18 195 lariyə açıb
13 aprel tarixində Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açmışdı. Meriya iftar süfrəsinin açılması üçün fərdi sahibkar Elçin Əliyevlə sadələşdirilmiş müqavilə bağlayıb.

“Xatırladaq ki, Ramazan ayı hər bir müsəlman üçün mühümdür. Cari ilin 13 aprel tarixində, ənənəvi olaraq iftar süfrəsi açılacaq və 280-290 nəfər dəvət olunmuş qonaq iştirak edəcək.

Xahiş edirik, müvafiq xidmətə iftar süfrəsinin təşkil edilməsi ilə əlaqədar tədbirləri həyata keçirmək tapşırığı verəsiniz”-
izahatnamədə yazılıb.

Marneuli meriyası 280-290 nəfər üçün açılmış süfrəyə 18 195 lari ödəyib. Meriya sadələşdirilmiş alqı-satqı barədə məlumatı 26 aprel tarixində Dövlət Alqı-Satqı Agentliyinin səhifəsində yayımlayıb.

Marneuli meriyası tərəfindən 13 aprel tarixində yayımlanmış məlumata görə, iftar süfrəsində Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Kvemo Kartli qubernatorunn birinci müavini Qiorqi Şincikaşvili, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürücstandakı səfirinin müavini Kazim Kartal, Bütün Gürcüstanın Şeyxi Ramin İgidov, müfti Etibar Eminov, Hacı Əziz Nəbiyev, ruhani şəxslər, Marneuli meri və Bələdiyyə Məclisinin müavinləri, yerli özünüidarə nümayəndələri, diplomatik korpusun üzvləri və digər dəvət edilmiş qonaqlar iştirak ediblər.

Qeyd edək ki, yerli özünüidarə tərəfindən açılmış iftar süfrəsində yalnız kişilər iştirak ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google