Bu gün, 4 may tarixində Marneuli Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə xalçaların sərgi-masterklası keçiriləcək.
"Əgər xalça toxumaq sənəti barədə daha çox bilmək və ya sadəcə
gününə rəng qatmaq istəyirsənsə, 4 may tarixində Marneuli İctimai
Kitabxanasının ərazisində yerləşən parkda Mədəniyyət Mərkəzinin
nəznində fəaliyyət göstərən studiyanın "Xalçaların
sərgi-masterklası"
baş tutacaq.
Sərgidə iştirak edənlərin ənənəvi xalçaları nəzərdən keçirmək,
Azərbaycan xalçalarının toxuma studiyasının fəaliyyəti ilə tanış
olmaq imkanı olacaq. Eləcə də "Azərbaycan xalçalarının toxunma
ənənəsi" mövzusunda təqdimat, sapların boyanması masterklası baş
tutacaq.