Meriya Tamarisidə Svan Etnoqrafik Muzeyinin və Parkın tikilməsi üçün 681 697 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin Tamarisi kəndində Svan Etoqrafik Muzeyi və Park tikiləcək. Marneuli yerli özünüidarəsi Tamarisidə parkın salınması işləri üçün 28 aprel tarixində tender elan edib. Parkın tikinti layihəsində qeyd olunub ki, layihədə Svan Etnoqrafik Muzeyinin tikintisini də nəzərdə tutub.

“Layihə Tamarisi kəndinə Svan Etnoqrafik Muzeyinin konstruktiv hissəsini nəzərdə tutur. Layihə təqdim olunmuş arxitektura hissəsi və geologiya əsasında baş tutub”, – izahatnamədə qeyd olunub.

Tamarisi inzibati ərazi vahidliyində merin nümayəndəsi Mirza Jorjoliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tamarisi əhalisi illər ərzində parkın tikintisini tələb edirdi.

“Parkın tikiləcəyi ərazi tikinti tullantıları ilə doludur. Həmin ərazini təmizləyəcəklər və gözəl park tikiləcək. Əhali illərdir, bunu tələb edirdi”, – Mirza Jorjoliani bildirib.

Marneuli yerli özünüidarəsi Tamarisidə park və Svan Etnoqrafik Muzeyinin tikinti işləri üçün 681 697 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək istəyi olan şirkətlər 14 maydan 19 maya qədər təkliflərini təqdim edə bilərlər. Tender sənədlərinə görə, qalib şirkət müqavilə bağlandıqdan 270 gün ərzində işləri yerinə yetirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google