Namazovlar ailəsinin öz həyətində qurduğu inkubatorda yanğın baş verib (VİDEO)
8 aprel tarixində Marneulidə Namazovlar ailəsinin öz həyətində qurduğu inkubator qısaqapanma səbəbindən yanıb. Onların sözlərinə əsasən, böyük zərər dəyib. Çox sayda cücə, qaz və ördək tələf olub. Bununla bağlı zərərçəkən Rahibə Namazova “Marneuli” radiosuna məlumat verdi.

“Mənim damım yandı, onu kreditlə tikdirmişdim. İnkubator işi ilə məşğul oluram. Burada 8-9 minlik malım var idi. Oğlum və gəlinim
xəstədir. Yoldaşım da bir ildir, rəhmətə gedib. Kreditlə gördüyüm işlərin hamısı yandı, külə döndü. İndi xahiş edirəm, mənə kömək etsin bu hökumət. Mən bankdan pul götürmüşəm, onu necə qaytarmalıyam? Hökumət buna kömək etməməlidirmi? İndi yanğınsöndürəndən hadisəni təsdiq edən sənədi alacağam. Polis də gəldi, nə isə yazdılar-pozdular, getdilər”.

Rahibə Namazovanın sözlərinə görə, yanğın gecə saat 3-4 radələrində inkubator üçün quraşdırılmış naqildə qısaqapanmadan baş verib.

“800 dənə cücəm, 200 dənə ördəyim, qazlarım və xeyli sayda toyuqlarım var idi. Hamısını damda yerləşdirmişdim, yandı, külə döndü. Yanğından çıxara bilmədik, 20 dəqiqənin içində alov bürüdü. Yanğınsöndürənlər çağırdıqdan bir saat sonra gəldilər. Heç nə çıxara bilmədilər. Biz çəndən imkan daxilində su tökdük. Yanğınsöndürənlərlə bərabər ekspertiza xidməti də gəldi”, – Rahibə Namazova bildirdi.

Namazova onu da əlavə etdi ki, bankdan 17 min lari kredit götürüb və öz biznesini yaradıb. Onun qurduğu biznesi yandığına görə, aidiyyəti orqanlardan kömək tələb edir. O, bununla bağlı Marneuli meriyasına müraciət etməyi düşünür.

Xatırladaq ki, zərərçəkmiş Namazovlar ailəsi yanğınsöndürənlərin gec gəlməsindən şikayətləndi. Buna görə də “Marneuli” radiosu Fövqəladə Halların İdarəedilməsi Agentliyi ilə əlaqə saxlamağa çalışdı. Agentlikdən əvvəlcə məsələni araşdırıb cavab verəcəklərini bildirsələr də, daha sonra zənglərimizə cavab vermədilər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345