Marneuli meriyası bir ədəd proyektoru 5720 lariyə almağı planlaşdırır

Marneuli yerli özünüidarəsi yeni proyektor alacaq.

Marneuli meriyası proyektorun alınması üçün 5720 lari dəyərində tender elan edib.

Meriyanın elan etdiyi tenderə görə, proyektorun divarda işıqlandırma funksiyası, HDR dəstəyi və uzaqdan idarəetmə sistemi olmalıdır.

Marneuli meriyası proyektorun alınması üçün 15 may tarixində tender elan edib. Tender təklifinə əsasən, qalib şirkət müqavilə imzalandıqdan sonra 10 gün ərzində proyektoru meriyaya təhvil verməlidir.

Qeyd edək ki, Marneuli meriyası, həmçinin, meriya və Bələdiyyə Məclisinin PR şöbələri üçün foto-video kameralar və onların aksessuarlarının alınmasını planlaşdırır. Həmin tenderdə bir şirkət, “Videoscope” MMC iştirak edib və
meriyaya texnikanı 48 855 lariyə almağı təklif edib. İndiki mərhələdə meriya və “Videoscope” MMC arasında müqavilənin hazırlanması prosesi davam edir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები