6 iyun tarixində Marneulinin hansı kəndlərində suvarma suyu bərpa olunacaq
26 may tarixində Marneulidə baş vermiş təbii fəlakət nəticəsində 13 əsas tikilini su aparıb.
Bu günki vəziyyətə görə, beş tikili bərpa olunub. Gürcüstan Meliorasiyasının Kvemo Kartli regionu Xrami-Debetin rəhbəri Tornike Qoqlidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, işlər gündəlik davam etdirilir və mərhələli şəkildə su veriləcək. 6 iyun tarixində Tamarisi, Saimerlo, Kiçik Bəylər, Böyük
Bəylər, Baydar və Kürtlər kəndlərinə su veriləcək.

“Faktiki olaraq, texniki işlər dayanmadan davam etdirilir, fəhlə qüvvəsi də qoşulub. Maksimum dərəcədə çalışırıq ki, qısa vaxt ərzində qalan kəndlərdə də suvarma suyu bərpa olunsun”- Tornike Qoqlidze bildirir.

5 iyun tarixində 10 kəndə suvarma suyunun verilməsi bərpa olunub:

Xrami-Debetin rəhbəri güman edir ki, Marneuli miqyasında suvarma suyunun verilməsi 10 gün ərzində bərpa olunacaq.

25 may tarixində gecə saatlarında Marneulidə baş vermiş təbii fəlakət əhaliyə böyük ziyan vurub. Güclü yağışa görə, Algeti, Xrami və Debet çayı daşıb. Marneulinin küçələrinin bir qismi, bələdiyyənin bir neçə kəndi və kənd təsərrüfatı torpaq sahələri su altında qalıb. Təbii fəlakət meriyada yaradılmış 6 işçi qrupu tərəfindən öyrənilir. Ancaq hələ də dəymiş ziyanın miqdarı ilə bağlı məlumat yoxdur.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Marneuli Suvarma suyu Təbii fəlakət
FaceBook Twitter Google