Mixeil Saakaşvili - İvanişvilinin kriminal avtoritetləri Avropa Birliyinin tibbi missiyasının mənə baş çəkməsinə imkan vermirlər

Mixeil Saakaşvili - İvanişvilinin kriminal avtoritetləri Avropa Birliyinin tibbi

missiyasının mənə baş çəkməsinə imkan vermirlər - Avropa İttifaqının zəhərlənmə izləri tapmağından və vəziyyətin daha ciddi olduğunu deyəcəklərindən qorxurlar

İvanişvilinin kriminal avtoritetləri nümayişkaranə şəkildə Avropa İttifaqının hər an məni müayinə etməyə hazır olan tibbi missiyasına icazə vermirlər - niyə? Çünki onlar qorxurlar ki, “Avropa İttifaqı zəhərlənmə izi tapmacaq, və görəcəklər ki, vəziyyət onların təsvir etdiklərindən qat-qat pisdir”, - bu barədə sosial şəbəkədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb.

Saakaşvilinin izah etdiyi kimi, “İvanişvilinin cinayətkar hakimiyyəti tam hiylə ilə xarakterizə olunur”.

“İvanişvilinin kriminal avtoritetləri nümayişkaranə şəkildə Avropa İttifaqının hər an məni müayinə etməyə gəlməyə hazır olan tibbi missiyasına icazə vermirlər. Bəzən nələr uydururlar, bəzən nələr. Əsl cinayətkarlar kimi özlərinin “şər” hiylələri ilə tam yalançılığı ilə seçilirlər.

“Baş nazir” və “ədliyyə naziri” camaat qarşısında “məcbur olanda gələcəklər” deyir, sonra da hər şeyi Penitensiar İdarənin üzərinə yıxırlar.

Niyə icazə vermirlər? - Çünki onlar qorxurlar ki, Avropa İttifaqı zəhərlənmə izi tapmacaq, və vəziyyətimin onların təsvir etdiyindən qat-qat pis olduğunu deyəcəklər.

“Eyni zamanda, məlumatın Strasburqa vaxtında çatmaması üçün vaxt itirirlər, çünki müvəqqəti tədbirin tətbiqi məsələsi həll olunan zaman xüsusi olaraq missiyaya icazə vermirdilər ki, məhkəmə Penitensiar Departament və onların nəzarətində olan Vivamedin materiallarına əsaslansın”, - Saakaşvili yazıb.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google