Çox şey Gürcüstandan asılı olacaq - Şarl Mişel

“Çox şey Gürcüstandan asılı olacaq, Avropa Şurasının ilin sonunda Gürcüstanla bağlı qərar qəbul etməsi üçün əsas məsələ tövsiyələrin yerinə yetirilməsi olacaq”,

- Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə Aİ liderlərinin sammitində konfrans başlamazdan əvvəl jurnalistlərə bildirib.

 


Şarl Mişelin qeyd etdiyi kimi, onlar Gürcüstanın atdığı son addımları alqışlayırlar.

“Gürcüstana gəlincə, biz Gürcüstanın atdığı son addımları alqışlayırıq və Gürcüstanın səylərini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik, lakin hesabatın necə olacağını yaydan sonra görəcəyik. Çox şey Gürcüstandan asılı olacaq, ilin sonunda Avropa Şurasının Gürcüstanla bağlı qərar verməsi üçün əsas məsələ tövsiyələrin yerinə yetirilməsi olacaq”, - deyə Şarl Mişel bildirib.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google