Levan Xabeişvili Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsini tərk edir
Levan Xabeişvili, Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsini tərk edir. O, bu haqda məlumatı bu gün, 8 iyun tarixində keçirilən brifinqdə bildirib. Xabeişvilinin sözlərinə görə, səhhətindən irəli gələrək həkimlər ona, 2-3 ay ərzində fəal işləməməyi tövsiyə ediblər.

"Seçkilərə dörd ay qaldığı halda, mən özümə 2-3 ay vaxt verə bilməzdim ki, seçkilərə 4 ay qalmış partiya
sədri 24 saatlıq iş rejimində olmasın”, - Xabeişvili bildirib.

Özünün dediyi kimi, yaxın günlərdə Milli Partiya Konqresini çağıracaq, Tina Bokuçavanı partiyanın sədri kimi təqdim edəcək və özü də siyasi şuranın sədri vəzifəsini tutacaq. Hər iki dəyişiklik partiyanın qurultayında təsdiqlənməlidir. Xabeişvilinin sözlərinə görə, siyasi şuraya sədrlik gündəlik iştirak tələb etmir, ancaq, o, bu mövqedən partiya qərarlarında iştirak edəcək.

Xatırladaq ki, "Rus qanunu"na etiraz aksiyasında Levan Xabeişviliyə polislər fiziki təzyiq göstərdilər


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415



Print ელ. ფოსტა
თეგები: Levan Xabeişvili
FaceBook Twitter Google