Gürcüstana ən çox maddi göndəriş daxil olan ölkələr – Top-5
2018-ci ilin dekabrında ölkəyə daxil olan maddi göndərişlər yığımının həcmi 150,9 mln ABŞ dolları (402,7 mln lari) təşkil edib. Bu 2017-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 9,1 faiz (12,5 mln ABŞ dolları) qədər çoxdur.

Milli bankın məlumatına görə, xaricdən Gürcüstana maddi göndərişlərin 94,3 faizi 18 geniş donor ölkələrdən gəlir. Həmin göndərişlərin həcmi dekabrda 1 mln ABŞ dollarını
aşıb. Həmin 18 ölkədən keçən ilin dekbrında ümumi maddi göndəriş 94,2 faiz gəlirdi.

Həmin beşlikdə 43,8 mln dollar göndərişlər Rusiya liderlik edir. Sonra İtaliya 20 mln dollarla ikinci yeri tutur. 3-cü yerdə 17,1 milyon dollarla Yunanıstandır. 4-cü və 5-ci yerləri isə müvafiq olaraq 15,1 mln və 13 mln dollarla ABŞ və İsrail bölüşür.

Beləliklə Milli bankın məlumatına görə, 2018-ci ildə bu məbləğ 19,8 mln ABŞ dollar təşkil edib.

Mənbə: www.bpn.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google