Məhkəmə dövlət əmlakının yalnız Patriarxlığa verilməsini Konustitusiyaya zidd hesab edib
Mübahisəli normanın dövlət əmlakını pulsuz olaraq yalnız Pravoslav kilsəsinin mülkiyyətinə verilməsi imkanını nəzərdə tutan normativ məzmununu Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd hesab edib.
Müvafiq qərarı hakimlər kollegiyası ötən gün, 3 iyul tarixində verib.
Qeyd olunan norma ilə əlaqədar şikayəti Gürcüstanda fəaliyyət göstərən bir neçə dini təşkilat, o cümlədən, Gürcüstan Evangelist-Baptist Kilsəsi, Gürcüstan Evangelist-Lüteran Kilsəsi, Azad olunmuş Xristianların Müqəddəs Kilsəsi, Gürcüstan İncilə İnam Kilsəsi və Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi hazırlamışdılar.
Mübahisənin mövzusunu “Dövlət Əmlakı Haqqında” Gürcüstan qanununun Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsinə dövlət mülkiyyətində olan əmlakı pulsuz olaraq almaq imkanı verən norması idi.
Konstitusiya Məhkəməsinin məlumatına görə, iddiaçı tərəf normanın yalnız Patriarxlığa dövlət mülkiyyətində olan əmlakı pulsuz olaraq almaq imkanı verdiyini, digər dini icmaları isə bu hüquqdan kənarda qoyduğunu bildirirdi.
“Cavabdeh (Patriarxlıq) tərəfin izahatında qeyd olunub ki, dövlət və Pravoslav Kilsəsi arasında mövcud olan xüsusi əlaqələrə dəstək, xüsusilə, Gürcüstan Konstitusiyasının 9-cu maddəsinin tələbləri – ölkə tarixində Gürcüstan Apostol Avtokefal Pravoslav Kilsəsinin xüsusi rolunun qəbul olunması mübahisəli normanın legitimliyi deməkdir”, - məhkəmənin bəyanatında qeyd olunub.
Qərarı əsaslandırarkən hakimlər kollegiyası qeyd edib ki, Pravoslav Kilsəsinin xüsusi rolunun qəbul edilməsi onun imtiyazlı mövqeyə malik olması demək deyil.
“Məhkəmə qeyd edib ki, kilsənin xüsusi rolunun qəbul olunması onun tarixi töhfələri ilə bağlıdır və hal-hazırda Pravoslav xristian dininə qeyd olunan mühitlə əlaqəsi olmayan hüquqi imtiyazlı mövqenin yaradılmasına xidmət etmir.
Beləliklə, Konstitusiyanın 9-cu maddəsinin birinci bəndinin məzmunu fərqlilik və kilsənin hüquqi üstünlüyünün yaradılması deyil. Məhkəmənin dəyərləndirmələrinə görə, Konstitusiyanın bu tənzimləməsinin məqsədi Pravoslavlığa imtiyazların verilməsi demək deyil.
Bundan əlavə, Pravoslav Kilsəyə müəyyən güzəştlərin olunması digər dini təşkilatların eyni imkanlardan faydalanmasına maneəçilik anlamına gəlmir”, - məhkəmə qeyd edib.
Məhkəmə onu da bildirib ki, Kilsənin mübahisəli normaya əsaslanaraq özəlləşdirilə biləcək istənilən növ əmlakı öz mülkiyyətinə ala bilər:
“...Belə bir tənzimləmə əmlakın verilməsi və kilsənin xüsusi rolunun qəbul edilməsi arasında birbaşa məqsədyönlü əlaqələrin müəyyən edilməsini qeyri-mümkün edir”.
Hakimlər kollegiyası qeyd edib ki, diskriminasiyanın aradan qaldırılması müzakirə olunan məsələnin tamamilə ləğv olunması, eyni zamanda onun bərabərhüquqlu şəxslərə bərabər səviyyədə tətbiq olunması yolu ilə mümkündür. Məhkəmənin bəyanatına görə, belə məsələlərin həlli Parlamentin səlahiyyətindədir, buna görə də Konstitusiyaya zidd elan olunmuş normaların dayandırılması 2018-ci il 31 dekabr tarixinədək təxirə salınıb.
Mənbə: "netgazeti.ge"
Print ელ. ფოსტა
FaceBook Twitter Google