Gürcüstanda zəlzələ olub
Bu gün, 19 fevral
tarixində Gürcüstanda zəlzələ olub.
Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı
təkanlar yerli vaxtla saat 14:59-da qeydə alınıb. Zəlzələnin gücü
3.3 bal təşkil edib, episentri isə Ninotsminda şəhərindən şərqdə,
Satxe kəndində olub.
Yeraltı təkanların hər hansı bir zərər vurması barədə məlumat
verilmir.