"Gürcüstanla sərhədin bağlanması istisna deyil"- Paşinyan hansı oyunu oynayır və Ermənistanın ətrafında hadisələr necə inkişaf edəcək
"İran və ABŞ arasında münasibətlərə və çətin geosiyasi vəziyyətə görə İranla sərhəd de fakto bağlana bilər. Gürcüstanla da bu halın baş verməsini istisna etmirik. Nə çıxır, Ermənistan dənizsiz adadır və belə halda nə etməliyik? - Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bir təcrübəli diplomatla görüşü zamanı o, Ermənistanın içində olduğu
həmin vəziyyəti təsvir edib - Türkiyə və Azərbaycanla sərhəd bağlıdır, qalan iki sərhəd isə demək olar ki, yarıaçıqdır. Onun iki fikirli bəyanatının izahında yerli siyasətçilər arasında fikir ayrılığı yaranıb. Siyasətçilərin bir hissəsinin dediyinə görə, Paşinyan Rusiya və ABŞ arasında manevr etməyə cəhd göstərir, başqaları isə hesab edirlər ki, o, nə etdiyini bilmir.

Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze hesab edir ki, Paşinyanın bəyanatı dünya ictimaiyyəti üçün bir növ testdir.

- Bu bəyanat beynəlxalq ictimaiyyət üçün vəziyyətin testdən keçirilməsidir. Paşinyanın hansı diplomatı nəzərdə tutduğu çox mühümdür. Əgər İranla sərhəddin bağlanmasından söhbət gedirsə, güman edə bilərik ki, Con Poltonu (ABŞ-ın Milli Təhlükəsizlik üzrə Müşaviri) nəzərdə tuturmuş. Tramp çox vacib mesaj səsləndirdi. O, dedi ki, Ermənistan hakimiyyətinin başına Paşinyanın gəlməsi ilə Qarabağ münaqişəsinin həlli üçün yeni səhifə açıldı. O, nəyi nəzərdə tutduğunu konkret deməyib. Amma Bakıya da eyni mesajı göndərdi.

- Gürcüstan sərhədinə gəldikdə isə...

- Düzünü deyim ki, bilmirəm Gürcüstan sərhədi ilə bağlı hansı məqsədi güdür - yenə də hesab edirəm Paşinyan bununla demək istəyir ki, həmin Amerikalı diplomat elə şərtlər qoyub ki, mən bunu etməyə məcburam, ölkə çox ağır vəziyyətə düşəcək. Yəni İran istiqamətində edilən bəyanat ABŞ-a aid idi, mən Amerikalıların istəyini yerinə yetirsəm məcbur olacağam ki, rusların tələbini də yerinə yetirim. Bu halda isə qonşularımla, ilk növbədə isə Gürcüstanla münasibət çətinləşəcək və məcbur olacağam ki, sərhədləri bağlayım və ada kimi yaşayım...Bu bəyanatdan sonra o, Moskvadan, Vaşinqtondan və Tbilisidən zəng gözlədiyinə işarə edir.

- Yerli əhalinin Paşinyanı dəstəkləməsi onun liberal baxışlarını ilə bağlı idi. 9 dekabrda Ermənistanda növbədənkənar parlament seçkiləri təyin olunub. Necə düşünürsünüz belə bəyanatlarla əhalinin dəstəyini itirməyəcək ki?

- Yox, Ermənistanda çox böyük eyforiya var və Paşinyanın ətrafında 2003-cü ildə Gürcüstandakı komandaya qarşı olduğu kimi vəziyyət var. Mən avqustda onun ətrafındakılar ilə söhbət etdim və kimlə görüşdümsə hamısı məni əmin edirdi ki, o, Saakaşvilinin səhvlərini nəzərə alacaqdı. Yəni kobud olmayacaqdı, müxtəlif şəxslərlə və biznes sektoru ilə kobud rəftar etməyəcəkdi. Beləliklə, onun başqaların səhvindən dərs alacağına hələlik inam var.

Onun maraqlı bir yanaşması var – müttəfiqlərini, "böyük qardaşlarını" məcbur edir ki, onunla əlaqəni özləri qursunlar. Bu onum hakimiyyətə gəldiyi ilk günlərdən hiss olunurdu. Söhbət Moskva, Brüssel və Vaşinqtondan gedir və o, bu metodu davam etdirəcək. İndi də deyir ki, əgər mən tərəflərdən təklifini qəbul etsəm, adaya düşəcəyəm. Bu halda o, hər hansı bir diplomatı deyil, bir tərəfi, yəni Amerikanı nəzərdə tutub.
- Necə düşünürsünüz, o, Amerikadan və Rusiyadan nə gözləməlidir?

- Paşinyan Rusiya ilə havadan asılı qalmış vəziyyəti qoruyub saxlayacaq. Ermənistanın nə istədiyi aydındır - Azərbaycana silah verilməsin – bu isə Rusiya tərəfindən istisna edilir, ikinci isə Ermənistana pul versin ki, iqtisadiyyatını inkişaf etdirsin. Keçən il pul alıb, amma bu pullar silahlanmaya istifadə olunub. İndi Paşinyanı silah deyil ölkənin iqtisadi vəziyyəti narahat edir.

- Olduqca çox ağıllı adam təəssüratı bağışlayır...

-Ağıllı və çevikdir. Yeri gəlmişkən, Bolton Ermənistana gələndə onlar Amerikadan silah alınmasını təklif ediblər. O, buna zərifliklə etiraz edib və deyib ki, Amerika silahları Rusiya silahlarından daha bahadır, ləkin əsl səbəb bu deyildi. Həqiqətdə Paşinyanın gedişi düzgündür. Çünki Ermənistanın hərbi maşınları rus silahı üçün uyğunlaşdırılıb. Bundan əlavə Moskvaya hiss etdirdi ki, bu seqmentdə sizin müttəfiqiniz olaraq qalıram.

 

 

Print ელ. ფოსტა
თეგები: Ermənistan Paşinyan
FaceBook Twitter Google