Kaliforniyada irimiqyaslı yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb
Kaliforniyada irimiqyaslı yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb, 630 nəfər isə itkin düşmüş hesab olunur. Bu barədə məlumatı Amerika mətbuatı yayıb.

Kaliforniyada meşə yanğınları ötən cümə axşamı başlayıb. Son məlumatlara görə, yanğının yayılma sahəsi 52 min hektar ərazini əhatə edir. Yanğın nəticəsində 8 minədək bina dağılıb. Bu Kaliforniya ştatı tarixində ən dağıdıcı yanğın hesab olunur.

Ümumiyyətlə
Kaliforniyadan 300 min nəfər təxliyə olunub. Təbii fəlakətlə mübarizəyə 5 minədək adam qoşulub.

Bunadək Kaliforniya ştatında ən dağıdıcı yanğın 2017-ci ildə baş vermişdi. Həmin vaxt yanğın nəticəsində 5.5 min tikili dağılmışdı, yanğın isə 15 min hektar ərazini əhatə edirdi.

Print ელ. ფოსტა
თეგები: Kaliforniya
FaceBook Twitter Google