Putin deyir ki, Ukrayna 'Türk axını' kəmərini sıradan çıxarmaq istəyib
Rusiya prezidenti Vladimir Putin Təhlükəszilik Şurasının oktyabrın 10-da keçirdiyi müşavirəsində Ukraynanı Rusiya ərazisində terror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edib.

Putin habelə iddia edib ki, Ukraynın xüsusi xidmətləri Qara dənizin dibi ilə gedən Türk axını kəmərini sıradan çıxarmaq istəyib, amma bunu edə bilməyib.

Putinin sözlərinə görə Ukrayna Milli Təhlükəsizlik Xidməti – SBU Kursk atom elektrik
stansiyasına üç terror aktı həyata keçirib.

Bundan əvvəl Putin Kiyevi Krım körpüsünü partlatmaqda ittiham ertmişdi.

Rusiya prezidenti oktyabrın 10-da səhər Ukrayna şəhərlərinə şiddətli raket zərbələri barədə də danışıb.

Onun sözlərinə görə “yüksək dəqiqliyə malik uzaqmənzilli raketlər havadan, dənizdən və qurudan Ukraynanın energetika, hərbi komandanlıq və rabitə obyektlərinə atılıb”.

Putin bu raket zərbələrini “cavab” adlandırıb və deyib ki, Rusiya ərazisində terror aktları dayandırılmasa, Moskvanın cavabları daha sərt olacaq.

Rusiya ilhaq etdiyi Krımı və Ukraynanın daha dörd regionunu öz ərazisi hesab edir, hərçənd bu regionların bir hissəsi Ukraynanın nəzarəti altındadır.

Təhlükəzilik Şurasında qəbul edilmiş qərarlar barədə məlumat verilməyib. Rusiya dövlət telekanalları yalnız Putinin çıxışını efirə verib.

Mənbə: Azadliqradiosu
Print ელ. ფოსტა
თეგები: Putin Türk Ukrayna
FaceBook Twitter Google