Ukrayna işğal olunmuş ərazilərini azad edir
Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka, Novohrihorivka , Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad edib.

Ukrayna oktyabrın 12-də ölkənin cənubundakı Xerson vilayətinin daha beş yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib.

Xəbər verilir ki, Rusiyanın Ukrayna şəhərlərinə iki gündür davam edən şiddətli raket zərbələrinə baxmayaraq Kiyev əks-hücum əməliyyatlarını uğurla həyata keçirir.

"Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka, Novohrihorivka, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad edib. Düşmən bütün cəbhə boyunca əks-hücumumuzun qarşısını almaq üçün hərbi birliklərimizin mövqelərini atəşə tutmaqda davam edir”.

Ukrayna hərbiyyəsi oktyabrın 9-da bildirib ki, ölkənin Silahlı Qüvvələri avqust ayında başlanan əks-hücum əməliyyatlarında Xerson regionunun 1200 kvadrat kilometrini işğaldan azad edib.
Buna baxmayaraq Rusiya oktyabrın 12-də Zaporojye vilayətini və Zaporojye şəhərini raket atəşinə tutmaqda davam edib.

Xəbər verilir ki, Rusiyanın raket zərbələri nəticəsində yaşayış binalarına, habelə inzibati idarələrə ziyan dəyib.

Tələfat haqqında məlumat verilmir.


Mənbə: Azadliqradiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google