Ukrayna ötən ay yüzlərlə yaşayış məntəqəsini azad etdiyini deyir
Zelenski oktyabrın 13-də Avropa Şurasında çıxışında deyib ki, Ukrayna səmasının qorunmasına ehtiyac var

Son bir ay ərzində Ukrayna ordusu 600-dən çox yaşayış məntəqəsini Rusiya qüvvələrindən təmizləyib. Məlumatı Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi yayıb. Moskva isə Ukraynanın onlarla şəhərinə raket zərbələri endirib, xeyli sayda
dinc sakini öldürüb.

Şimal-şərqi Xarkov vilayətində 503 yaşayış məntəqəsi işğaldan azad olunub. Xerson vilayətində 75 qəsəbəyə nəzarət bərpa olunub, nazirlik oktyabrın 13-də axşam bildirib.


Mənbə: https://www.azadliq.org/
Print ელ. ფოსტა
თეგები: Avropa Şurası Ukrayna Zelenski
FaceBook Twitter Google