Rusiya nümayəndə heyəti bu sessiyada iştirak etməyib, beləki
o mart ayında Avropa Şurasından xaric edilib
Avropa Şurasının Parlament Assambleyası oktyabrın 13-də keçirilən
sessiyasında “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün
eskalasiyası” adlı qətnaməni qəbul edib.
Bu sənəddə Rusiya Federasiyası “terrorçu rejim” kimi
səciyyələndirilir.
Qətnamənin leyhinə 99 nümayəndə səs verib. AŞPA-da ümumilikdə 306
nümayəndə var, lakin qurumun qaydalarına
görə sessiyada iştirak
edənlərin çoxluğunun səs verdiyi sənədlər qəbul edilmiş
sayılır.
Qətnamədə habelə Ukraynaya Rusiyanın raket zərbələrindən qorunmaq
üçün hava hücumundan müdafiə sistemlərinin verilməsinə, Rusiyanın
BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric edilməsinə,
Ukraynada mümkün müharibə cinayətlərinin araşdırılması üçün
beynəlxalq tribunalın qurulmasına çağırış edilir.
Bu sessiyada videobağlantı ilə iştirak edən Ukrayna prezidenti
Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb.
Rusiya nümayəndə heyəti bu sessiyada iştirak etməyib, beləki o mart
ayında Avropa Şurasından xaric edilib.
ABŞ bu addımın əleyhinədir
AŞPA-nın siyasi məsələlər üzrə qətnamələri üzv ölkələr üçün icbari
sayılmır.
Ukrayna dünya ölkələrini Rusiyanın terrorçu dövlət kimi tanınmasına
çağırır.
ABŞ administrasiyası bildirib ki, hələki belə bir qərarın qəbul
edilməsinə hazır deyil.
Ağ Ev hesab edir ki, Rusiyanın “terrorçu dövlət” kimi tanınması
Moskva ilə kritik sahələrdə mümkün əməkdaşlıq imkanlarını yox edə
bilər.
Fransa prezidenti Emmanuel Makron da Rusiyanın terrorçu dövlət elan
edilməsinə qarşı olduğunu bildirib.
Mənbə:
https://www.azadliq.org/