Azərbaycan son 15 gündə 550 hektar ərazini minalardan təmizləyib
Oktyabrın birinci yarısında Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərdə 550 hektardan çox sahəni mina və partlamamış hərbi sursatlardan təmizləyib.

Bu barədə oktyabrın 15-də Müdafiə Nazirliyi məlumat yayıb.

İndiyədək 27960 hektardan çox ərazi minalardan təmizlənib.

Ümumilikdə, 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

“Mina təmizləmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib,” məlumatda deyilir.

Müharibə başa çatdıqdan sonra Azərbaycanda 260 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Mina
təmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Mənbə: amerikaninsesi
Print ელ. ფოსტა
თეგები: Azərbaycan minalar
FaceBook Twitter Google