Yaponiyanın özəl şirkətlərində çalışan 1,1 milyondan çox keçmiş
işçinin təqaüdlərinin ödənilməmiş hissəsi,
ümumilikdə 260 milyard yen (təxminən 1,8 milyard dollar) uzun
illərdir ki, ölkənin Milli Pensiya Fondunun idarəedici strukturunun
hesabındadır.
Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 2017-ci maliyyə ilindən bu məbləğ 1,5 dəfə
artıb.
Qanunla özəl şirkətlər mütəmadi olaraq işçiləri üçün vəsait
ayırırlar. Bu vəsaitlər sonradan işçilərin dövlət pensiyalarına
əlavə olunur. Bununla belə, bir çox insanlar işdən çıxarkən və ya
başqa işə keçərkən bu pulun işlənməsi üçün lazımi prosedurları
yerinə yetirmirlər.
Nəticədə onlar avtomatik olaraq Milli Pensiya Fondunun hesabına
köçürülür. Saxlama üçün də aylıq ödəniş alınır.
Nəşrin məlumatına görə, Milli Pensiya Fondu ildə bir dəfə bu
şəxslərə ödənilməli pulun verilməsi xahişi ilə məktublar göndərir.
Lakin qəzetin yazdığına görə, bu cür çağırışlara az sayda insan
cavab verir.