“Rusiya öz qoşunlarını 1991-ci il sərhədlərinə qaytaracağı və
dəymiş ziyana görə kompensasiya ödəyəcəyi təqdirdə Rusiya ilə
Ukrayna arasında müharibə başa çata bilər”.
“The Guardian” qəzeti xəbər verir ki, bunu Ukrayna Prezidenti
Volodimir Zelenski G20 sammitinin iştirakçılarına müraciətində
deyib.
O, dünya ictimaiyyətini “Rusiya təcavüzü”nün təkrarlanmasının
qarşısını almaq üçün “postmüharibə dövrünün təhlükəsizlik
arxitekturasının əsas elementini formalaşdırmağa” çağırıb.
“Müharibə əleyhinə bütün tədbirlər həyata keçirildikdən sonra
tərəflər arasında müharibənin başa çatdığını təsdiq edən sənəd
imzalanmalıdır", - o deyib.
Ukrayna Prezidenti çıxışı boyunca Rusiyanı siyahıdan çıxarmaqla G19
ölkələrinə müraciət etdyini bildirib. O, nüvə şantajına heç bir
bəraət qazandırmadıqlarına görə bu ölkələrə təşəkkürünü
bildirib.
Daha sonra Volodimir Zelenski öz teleqram səhifəsində müharibənin
dayandırılması üçün şərtlərin daha geniş siyahısını paylaşıb:
radiasiya və nüvə təhlükəsizliyi, ərzaq, enerji təhlükəsizliyi,
bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi, BMT
Nizamnaməsinin həyata keçirilməsi, ərazi bütövlüyünün və dünya
nizamının bərpası.
V.Zelenskinin sözlərinə görə, digər şərtlər sırasına Rusiya
qoşunlarının Ukrayna ərazisindən çıxarılması və hərbi
əməliyyatların dayandırılması, eskalasiyanın qarşısının alınması və
s. daxildir.